Qazaxda Aqrar Biznes Festivalı keçirilib

Qazaxda Aqrar Biznes Festivalı keçirilib
17 2024 16:19

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və Sahibkarlığın İnkişafı Fondu, İstehlak Mallarının Ekspertizası Mərkəzi və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə Qazaxda Aqrar Biznes Festivalı keçirilib.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Qazax Olimpiya İdman Kompleksinin ərazisində təşkil edilən festivalda Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliyinin tabeli qurumları, bank və bank olmayan kredit təşkilatları iştirak ediblər. Türkiyə, Özbəkistan və Qazaxıstanın Azərbaycandakı səfirləri, Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdəki nümayəndəsi də festivalı ziyarət edib, şirkətlərin təqdim etdiyi məhsul və xidmətlərlə tanış olublar.

Qazaxda keçirilən festivalda dövlət qurumları, aqrar sahədə fəaliyyət göstərən özəl şirkətlər fermerlər üçün ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələrini bölüşüblər. Festivalın sərgi bölməsində kənd təsərrüfatlı təyinatlı müasir texnikalar, yeni suvarma texnologiyaları və resurslara qənaət edən effektiv əkin üsulları, bitki mühafizə vasitələri, müxtəlif bitki və tərəvəz toxumları nümayiş olunub. Festivalda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Göygöl və Gədəbəy rayonlarından fermerlər iştirak edib.

Festival çərçivəsində keçirilən kredit yarmarkasında Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, bank və bank olmayan kredit təşkilatları tərəfindən fermerlərə güzəştli kreditlər təklif edilib. Fermerlərə aqrar təyinatlı kreditlər və müxtəlif kredit məhsulları barədə ətraflı məlumat verilib.

Fermerlərin maarifləndirilməsi istiqamətində nazirliyin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Publik Hüquqi Şəxs və Aqrar Xidmətlər Agentliyi Yanında Aqrar Təlim Mərkəzi tərəfindən təlimlər həyata keçirilib. Təlim zamanı mütəxəssislər tərəfindən “Kartofun müasir üsullarla becərilməsi”, “Payızlıq taxıl əkiləcək sahələrin səpinə hazırlanması” mövzularında təqdimatlar keçirilib. Mövzu ətrafında müzakirələr aparılıb, fermerlərin sualları cavablandırılıb.

2024-cü ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirinin çağırışlarının təşviqatı məqsədilə festivalda təbiətqoruyucu və iqlimədost texnologiyalar nümayiş olunub.


30 Apr 2024
Cəmiyyət

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - YENİLƏNİB + VİDEO

Laçın şəhəri və rayonun Zabux kəndinə yeni köçürülən ailələrin mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

30 Apr 2024
Cəmiyyət

Bu gün 82 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 82 minə yaxın uşaq bu gün avtomatik olaraq 1-ci sinfə yerləşdirilib.

30 Apr 2024
Cəmiyyət

Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA

“Hazırda Azərbaycanda koronavirus infeksiyasına yoluxma, demək olar ki, yox səviyyəsindədir”.